Neft ucuzlaşır, Brent bir barel üçün $76 təşkil edir

09:13 - 26.05.2023


26 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki ciddi enişdən sonra cümə günü keçirilən ticarətdə aşağı düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:10–da $0,26 (0,34%) azalaraq bir barel üçün $76,00-a düşüb. Mayın 25-də Brent markalı neftin iyul fyuçersləri $2,10 (2,68%) ucuzlaşaraq bir barelə $76,26-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul ayı üçün fyuçersləri saat 09:10–da $0,10 (0,14%) - bir barel üçün $71,73-a düşdü. Mayın 25-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barel üçün $2,51 dollar (3,38%) azalaraq $71,83-a düşüb.

 

Bütün xəbərlər