Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul etmişdir

13:16 - 28.06.2018


28 iyun, Fineko/abc.az.  DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 28-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Şəki şəhərində vətəndaşları qəbul etmişdir

Qəbulda Şəki şəhərinin sakinləri ilə yanaşı Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Şəki Şəhəri İcra Hakimiyyətinin önündə yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Görüşdə əsasən buraxılış imtahanları, magistraturaya qəbulun nəticələri, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

 

Bütün xəbərlər