“Nvidia”nın səhmlərinin artıb - Gələn rüb şirkətin gəlirləri 11 milyard dollar ola bilər

10:04 - 26.05.2023


26 may, Fineko/abc.az. Çip istehsalçısı “Nvidia”nın səhmlərinin artdığı barədə məlumat yayılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri 28,4% artaraq 394,80 dollar olub.

Qeyd edək ki, bu iqtisadçıların proqnozlarının üstələnməsi deməkdir. Belə ki, Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”nın bazar dəyəri gözləntiləri üstələyən gəlir təxminlərindən sonra 1 trilyon dollara yaxınlaşıb. Bundan sonra isə “Nvidia”nın növbəti rüb üçün satış proqnozları bazar gözləntilərini üstəliyib. Bununla da  şirkətin səhmləri artıb.

“Nvidia”nın dünən açıqladığı büdcə hesabatında, gələcək rüb üçün gəlir gözləntisinin 11 milyard dollar olduğu bildirilib.

Bazar gözləntiləri isə 7,2 milyard dollar olacağı idi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər