I rübdə Qarabağ və Şərqi Zəngəzura bu qədər investisiya qoyulub - Hesabat

15:22 - 26.05.2023


26 may, Fineko/abc.az. 2023-cü ilin I rübündə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 130 milyon 616,3 min manat (cari məzənnə ilə $665 milyondan çox) investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 3,1 dəfə çoxdur.

ABC.AZ Interfaks-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 466 milyon 524,4 min manat (2023-cü ilin yanvar-mart aylarında Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 13,2%-i) təşkil edib ki, bunun da 460 milyon 823,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.

Cari ilin I rübündə Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 3,2 dəfə artıb.

İnvestisiyaların böyük hissəsi - 235 milyon 364,6 min manat (Qarabağ üzrə bütün investisiyaların 50,5%-i) Füzuli rayonuna yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,5 dəfə çoxdur. Şuşa rayonu üzrə investisiyalar 110 milyon 934,3 min manat, Ağdam rayonu üzrə 66 milyon 152,4 min manat təşkil edib.

Bütün xəbərlər