Zinət əşyalarının satışı ilə bağlı fırıldaqçılıq halları geniş yayılmasa da, müşahidə edilir - Toğrul abbasquliyev

16:36 - 26.05.2023


26 may, Fineko/abc.az. Azərbaycanda insanlar qızıl və gümüşdən hazırlanan zərgərlik məmulatlarını sevsələr də, onların tərkibinin xalisliyini təyin etmək barədə heç də hamı məlumatlı deyil.

Zərgərlik məmulatı alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?

ABC.AZ xəbər verir ki, "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev  bildirib ki, Azərbaycanda zərgərlik məmulatlarının satışı zamanı əsasən iki aldadılma formasına rast gəlinir:

Metalın tərkibində qızıl az olur

“Zinət əşyalarının satışı ilə bağlı fırıldaqçılıq halları geniş yayılmasa da, müşahidə edilir. Belə hallar daha çox üzərində qiymətli daş olan zərgərlik məmulatlarında yaşanır. Bunlardan birincisi, qızılın əyarının istehlakçıya təqdim olunan məlumatla üst-üstə düşməməsidir. Məsələn, 750 əyarlı qızıl adı ilə satılan metalın tərkibində 68 %, 70 %, 72 % qızıl ola bilər. Əslində isə 750 əyar o deməkdir ki, məmulatın tərkibində 75 % qızıl var, digər hissə qatqılardan ibarətdir. Bizdə qızıl satışında əsas tələbat 585 və 750 əyarlı məmulatlaradır".

Bütün xəbərlər