“Kapital Bank”ın İdarə Heyətinə - DAHA BİR TƏYİNAT

17:09 - 26.05.2023


26 may, Fineko/abc.az. “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə Fərid Hidayətzadə Səbuhi oğlu İdarə Heyətinin üzvü seçilib.

Paralel olaraq, 2018-ci ilin mayından təyin olunduğu Baş korporativ inzibatçısı vəzifəsində qalır.

4 may 2023-cü il tarixində “Kapital Bank“ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Səhmdarların qərarı ilə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri dəyişib. Hüseynov Fərid Arif oğlu İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor təyin edilib.

Buna qədər bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlu idi. Səhmdarların digər qərarı ilə Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.

Bütün xəbərlər