“Azərbaycan və Rusiyanın regionları arasında əlaqələr inkişaf etdiriləcək” - Şahin Mustafayev

17:25 - 26.05.2023


26 may, Fineko/abc.az. Azərbaycan və Rusiya arasında qarşıya qoyulan əsas vəzifələrdən biri iki ölkənin regionları arasında əlaqələrin inkişafıdır. 

ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forum çərçivəsində “İqtisadi etibarlılıq. Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlıq” sərlövhəsi altında keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Baş nazirin müavini, İslam dünyası ilə əlaqələrin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu, ölkəmizin müstəqilliyin bərpasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olan ilk postsovet ölkəsi olduğunu qeyd edib.

"Ötən 30 ildən artıq dövrdə təşkilat dövlətləri ilə iqtisadi-siyasi əlaqələr artan istiqamətdə davam edib. Belə ki, ötən il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə ticarət dövriyyəsi 42 % artaraq 9,3 milyard ABŞ dollarına çatıb. Təşkilat ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 18 % təşkil edir. İqtisadi əlaqələrdə müsbət dinamika bu ilin geridə qalan dövründə də davam edib", - Ş.Mustafayev qeyd edib.

 

Bütün xəbərlər