“YouTube” “Stories” funksiyasının dəsklənməsini dayandırdı

17:31 - 26.05.2023


26 may, Fineko/abc.az.  “YouTube” şirkəti “Stories” (“Tarixcə”) funksiyasının dəsklənməsini dayandırdığını bildirib.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, iyunun 26-dan sonra istifadəçilər paylaşım edə bilməyləcəklər, mövcud materialların qüvvədə olma müddəti isə yeddi gündən sonra bitəcək.

“Stories” ilk dəfə 2017-ci ildə “Reels” adı ilə təqdim olunmuşdu və 10 mindən çox abunəçisi olan istifadəçilər üçün əlçatan idi. “YouTube” kanallarının sahibləri öz kontentlərinin təşviqi üçün çəkilişlər və ya həyatları barədə yeddi gün ərzində əlçatan olan kiçik videolar paylaşa bilirdilər.

Lakin bu funksiya bloqerlər arasında çox da populyar deyildi, hətta “YouTube” özü onun təşviqi üçün kifayət qədər diqqət yetirməyib. Onların məqsədi ondan ibarətdir ki, yaradıcılar bunun əvəzinə platformanın digər funksiyaları vasitəsilə “İcma” və ya “Shorts” bölümlərində mətn paylaşsınlar.

 

Bütün xəbərlər