“Azərbaycan Dəmir Yolları” Bakı-Sumqayıt istiqamətində sərnişin sıxlığını azaltmaq üçün tədbirlər görür

15:16 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından,  Bakı-Sumqayıt-Bakı istiqamətində  hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-in məlumatında deyilir ki, Cəmiyyət, sözügedən istiqamətdə sərnişin sıxlığını azaltmaq üçün tədbirlər görür.

“Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi,  bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan  saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir”, - deyə məlumatda bildirilir.

 

Bütün xəbərlər