Hindistan dünyanın ən böyük 5-ci Fond bazarına çevrildi

11:22 - 30.05.2023


30 may, Fineko/abc.az. Hindistanın fond bazarı 3,3 trilyon dollarlıq kapitallaşmaya çatıb və ən böyük bazarların reytinqində beşinci yerini bərpa edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" dərc edib. Məlumata görə, mayın 26-na Hindistanın bazar kapitallaşması 3,3 trilyon dollara çatıb.

Nüfuzlu agentliyə görə, böyümə Hindistanın məşhur şirkəti "Adani Qrup"unun fəaliyyəti nəticəsində formalaşıb. Belə ki, "Adani Qrup"un birjada listələnən 10 şirkəti keçən həftə bazar dəyərinə təxminən 15 milyard dollar əlavə edib."Adani Group"un səhmlərinin artımı son vaxtlar məhkəmə komissiyasının səhmlərin qiymətində manipulyasiya əlamətləri aşkar etmədiyi qənaətinə görə sürətlənib.

Bundan əlavə, Çin iqtisadiyyatının ləng bərpası səbəbindən Hindistan bazarı böyüyür. Yəni, investorlar Çindən Hindistana vəsait köçürürlər, çünki ilin əvvəlindən ölkə dünyanın əsas iqtisadiyyatları arasında ən yaxşı ÜDM artım templərindən birini nümayiş etdirir.

Bütün xəbərlər