“İKDBOKT" MMC hesabat açıqladı - Xeyli göstəricilər üzrə geriləmə var

12:31 - 30.05.2023


30 may, Fineko/abc.az. “İKDBOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə BOKT-un 1eyri faiz xərcləri 8,5%, yaxud 19 min manata yaxın azalıb və 204 min manata düşüb. Bunun da 84,3 min manatını əmək haqqı, 36 min manatını icarə xərcləri təşkil edir. Azalma bununla da bitmir. Belə ki, şirkət 2021-ci illə müqayisədə 2022-ci ildə əmək haqqı xərclərini də azaldıb.

Nəticədə “İKDBOKT" MMC 6,1 min manat da mənfəət vergisi ödənişindən sonra 2022-ci ili 176 min manat xalis mənfəətlə bitirib. Qeyd edək ki, 2021-ci ildə şirkətin mənəfəti cəmi 12,6 min manat olmuşdu.

2022-ci ildə "İKDBOKT" şirkətinin kapitalı 175,8 min manat və ya 11,0% artıb və 1 milyon 775 min manatdan çox olub. Şirkətin nizamnamə kapitalı dəyişmərək 722 min manat olaraq qalıb. Üstəlik bölüşdürülməmiş mənfəətin həcmi də çox cüzi, 1,5%, yəni 12,6 min manat artıb, 864,7 min manatdan 877,3 min manata yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər