“MİDA” Şirvan şəhərində tender keçirir

14:49 - 30.05.2023


30 may, Fineko/abc.az. “MİDA” MMC Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün tender elan edir.

Tenderdə iştirak haqqı 600 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan təkliflərini 04.07.2023 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Vüqar Əliyev, [email protected]