Rusiyanın ən varlı varisi azərbaycanlıdır - Forbes reytinq dərc edib

15:52 - 30.05.2023


30 may, Fineko/abc.az. Forbes 10 mart 2023-cü il tarixinə görə rusiyalı milyarderlərin ən zəngin varislərinin siyahısını dərc edib.

ABC.AZ xəbər verir ki, siyahıya “Lukoyl”un təsisçisi azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov başçılıq edir.

Sözügedən reytinqdə Y.Ələkbərovun varidatının 20,5 milyard dollar olduğu qeyd edilib:

Reytinqdə ikinci yeri “EuroChem”in təsisçisinin qızı ilə oğlu Tara və Adrian Melniçenko tutublar. Onların hər birinin mirası 12,5 milyard dollar dəyərində qiymətləndirilir.

Üçüncü sıranı “Novatek” və “Sibur” şirkətlərinin əsas sahibi Leonid Mixelsonun övladları tutur. Onların hər birinin mirası 10,8 milyard dollardır.

On ən varlı varislər arasında NLMK polad şirkətinin sahibi Vladimir Lisinin övladları, “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenkonun varisləri, həmçinin “VKontakte” və “Telegram”ın qurucusu Pavel Durovun və başqalarının övladları da yer alıb

Bütün xəbərlər