Emin Ağalarov “Burj al Arab” layihəsinin analoqunu Bakıda yaratmaq istəyir

17:21 - 30.05.2023


30 may, Fineko/abc.az. Azərbaycan əsilli rusiyalı iş adamı Emin Ağalarov Bakıda yeni layihə həyata keçirməyi düşünür.

ABC.AZ-ın məlumatına görə, bunu onun özü açıqlayıb.

O qeyd edib layihə Dubaydakı “Burj al Arab”ın analoqunun Bakıda da yaradılmasıdır. Ağalarov qeyd edib ki, Bakıda “Caspian Dream Liner” hotelini tikmək istəyir.

Hotelin Xəzər dənizində, Bakı yaxınlığındakı süni adada tikiləcəyi gözlənilir. 

Ümumi sahəsi 120 min kvadratmetr olan hotelin, dəyəri 230-250 milyon dollar civarında qiymətləndilir və layihənin tikintisi üç il çəkəcək.

Qeyd edək ki, “Burj al Arab” (“Ərəblərin Qülləsi”) — dünyanın ən lüks hotellərindən biridir. O, Dubaydan 15 km cənubda Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər