Neft ucuzlaşır, Brent bir barelə $73,54 təşkil edir

09:10 - 31.05.2023


31 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünən kəskin enişdən sonra çərşənbə günü ticarətdə azalmağa davam edir.

London İCE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:06-da $0,17 (0,23%) azalaraq bir barel üçün $73,54-a düşüb. Mayın 30-da Brent markalı neftin avqust fyuçersləri $,39 (4,40%) ucuzlaşaraq bir barelə $73,71-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti 09:06–da $0,18 (0,26%) - bir barelə $69,28-a düşdü. Mayın 30-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $3,50 (4,80%) azalaraq bir barel üçün $69,46-a düşüb.

Bütün xəbərlər