Müharibədən sonra 80 min rusiyalı Gürcüstana köçüb

10:48 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Ukraynada müharibənin başlamasından sonra Gürcüstana xeyli rusiyalı köçüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib. Gürcüstan lideri bildirib ki, Rusiyadan köçənlərin sayı hazırda 80 min nəfərdir. O gələcəkdə bu sayın aratacağını da istisna etməyib. 

Dövlət başçısı Gürcüstanın öz ərazilərinin 20%-ni işğal edən ölkənin vətəndaşlarını qəbul etməsinin ölkədəki tolerantlığı nümayiş etdirdiyini bildirib.

Gürcüstan Prezidenti ölkə əhalisinin 20 faizini ermənilərin, azərbaycanlıların təşkil etdiyini əlavə edib.

Bütün xəbərlər