ABŞ və Avropada defolt dalğası müşahidə oluna bilər - Analitiklər

11:54 - 1.06.2023


1 iyun, Fineko/abc.az. ABŞ və Avropada defolt dalğası müşahidə oluna bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu Almaniyanın “Deutsche Bank” analitiklərinin proqnozunda öz əksini tapıb. Onlar hesab edir ki, defolt borclanma xərclərinin artması nəticəsində baş verə bilər.

Analitiklər bununla yanaşı  Avropada spekulyativ reytinqli özəl sektor istiqrazlarında defolt dərəcəsinin 5,8 faiz olacağını da proqnozlaşdırırdılar.

Cim Reid və Steve Caprio da daxil olmaqla analitiklər, defolt dalğasının qaçınılmaz olduğunu, defolt dərəcəsinin 2023-cü ildə davamlı olaraq artacağını və ABŞ-ın tənəzzülə girməsi ilə 2024-cü ildə sürətlə artacağını bildirib.

Bütün xəbərlər