"Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri təyin edildi - FOTO

12:26 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Mastercard-ın Azərbaycan üzrə nümayəndəliyinə rəhbərlik etmiş Emil Zeynalov rəsmi olaraq Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri kimi yeni vəzifəsinin icrasına başlayacaq.

ABC.AZ xəbər verir ki, Emil Zeynalov 6 ildən artıqdır ki, Mastercard-la birlikdədir və Azərbaycanda biznesin inkişafı və əlaqələrin idarə olunmasında müstəsna rola sahibdir. Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib:

"Uğurumuzda Emil Zeynalovun töhfələri əvəzolunmazdır. Onun bazarı dərindən anlaması və güclü liderlik bacarıqları böyüməmizə təkan verməklə yanaşı Azərbaycanda mövcudluğumuzu gücləndirməkdə də mühüm rol oynayıb. Onu yeni Mastercard Azərbaycan üzrə Ölkə Meneceri vəzifəsində görməyə çox şadıq və onunla komandamızın daha böyük nailiyyətlərə imza atacağından tam əminik”.

"Mastercard daima bazarda strateji liderliyə və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Ümid edirəm ki, bu sahədə olan təcrübəm və biliklərim mənə Azərbaycanda innovasiyaların idarə edilməsi, güclü tərəfdaşlıq münasibətlərinin inkişafı və müstəsna ödəniş həllərinin tətbiqində şirkətin səylərinə rəhbərlik etməyə kömək edəcək”, - deyə öz növbəsində Emil Zeynalov qeyd edib.

Bütün xəbərlər