İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub

21:05 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, həmin şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiətilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada tibbi müayinə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir bükümdə olmaqla, xalis çəkisi 2,712 qram narkotik vasitə - heroin aşkar edilib.

 

Bütün xəbərlər