Utilizasiya yeni avtomobil alanlardan daha çox vəsait almağa hesablanıb - DEPUTAT

14:43 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Avromobillərin utilizasiyası ilə bağlı qanuna dəyişiklik atmosfer havasının çirklənməsinin qarşısını almağa deyil, yeni avtomobil alanlardan daha çox vəsait almağa hesablanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu deputat Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Biz əgər atmosfer havasının çirklənməsinin qarşısının alınmasını istəyiriksə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq. Bakının havasına köhnə sovet dövründən qalmış avtobusların təsirini görmüşük. Bizim müzakirə etdiyimiz qanun bu məsələ ilə bağlı deyil. Hesab edirəm ki, qanun layihəsi yenidən işlənməlidir. Təqdim olunan rəqəmlər də aydın deyil. Hesab edirəm ki, bu qanun avtomobil qiymətlərinin artmasına gətirib çıxaracaq" - deyə o qeyd edib.

 

Bütün xəbərlər