Köhnə avtomobildən atmosferə 300-350 qram tullantı buraxılır - Nazir müşaviri

15:11 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Təəssüf ki, son zamanlarda qlobal atmosfer havasının pisləşməsi prosesi gedir. Bir çox hallarda bu, avtomobillərin təsirindən əmələ gəlir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O bildirib ki, 1 kilometrə köhnə avtomobildən atmosferə 300-350 qram, yeni avtomobildən isə 100-120 qram tullantı buraxılır.

Bütün xəbərlər