"Grand Mart" şəbəkəsi hesabat açıqladı - Satış dövriyyəsi 83 milyon manat artıb

12:23 - 2.06.2023


2 iyun, Fineko/abc.az. 27 marketə sahib olan "Grand Mart" şəbəkəsinin sahibi "Grand Mart" MMC hesabat açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin satışdan gəlirləri, yəni satışın illik dövriyyəsi 215 milyon 634 min manat olub.  2021-ci illə müqayisədə satış dövriyyəsi 83 milyon manat və ya 63% artıb.

Satışın, yəni satılan məhsulların 190 milyon manat olub, bu göstərici isə 2021-ci illə müqayisədə 72 milyon manat və ya 62% artıb. 

Nəticədə 2022-ci ildə şirkətin satışdan məcmu mənfəəti 25,7 milyon manat olub.

Bütün xəbərlər