Prezident qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıq verib - Nazir

14:28 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezidenti tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb:

“Ötən həftə Baş nazirin rəhbərliyi ilə müşavirə keçirilib. Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq”.

Bütün xəbərlər