İlon Mask ona məxsus olan tviterin adını dəyişir

15:37 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Amerikalı milyarder İlon Mask ona məxsus olan tviter sosial şəbəkəsinin adını dəyişmək planını təsdiqləyib.

ABC.AZ xəbər verir ki, Mask bununla bağlı paylaşım edib.

"T(w)itter Daily News" portalı daha əvvəl İ.Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib. Bu yazıya şərhində amerikalı sahibkar bunun doğru olduğunu təsdiqləyib.

Qeyd edək ki, bu ilin mayında Mask altı həftə ərzində vəzifəsini tərk edəcəyini, həmçinin daha əvvəl “NBCUniversal”da işləmiş Linda İaccarinonun tviterin baş direktoru təyin olunacağını açıqlamışdı.

Bütün xəbərlər