Türkiyənin xarici ticarətində ciddi kəsir yaranıb

16:34 - 2.06.2023


2 iyun, Fineko/abc.az. May ayında Türkiyənin xarici ticarətində ikirəqəmli kəsir qeydə alınıb. 

ABC.AZ Türkiyə Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, may ayında ixrac illik müqayisədə 14,4 faiz artaraq 21,7 milyard dollara, idxal isə 16 faiz artaraq 34,3 milyard dollara çatıb. Eyni dövrdə xarici ticarət kəsiri 19% artaraq 12,7 milyard dollar olub.

May ayında əvvəlki ilin eyni ayına nisbətən; İxracın idxala nisbəti 0,9 bənd azalaraq 63,1 faiz təşkil edib.

May ayında ən çox mal ixrac edilən ölkələr; Almaniya (1 milyard 810 milyon dollar), ABŞ (1 milyard 307 milyon dollar) və İngiltərə (1 milyard 51 milyon dollar) olub. İxracda ən yüksək paya sahib ilk 10 ölkənin ümumi ixracatdakı payı 47,5% olub.

May ayında ən çox mal idxal edilən ölkələr; Rusiya Federasiyası (4 milyard 575 milyon dollar), Çin (4 milyard 347 milyon dollar) və Almaniya (2 milyard 672 milyon dollar) olub.

İdxalda ən yüksək paya sahib ilk 10 ölkənin ümumi idxalda payı 60% olub.

Bütün xəbərlər