Neft bahalaşır, Brent bir barelə $77,00 təşkil edir

09:30 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:26-da $0,87 (1,14%) artaraq bir barelə $77,00-a çatıb. İyunun 2-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $1,85 (2,49) artaraq bir barel üçün $76,13-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində  WTI neftinin iyul ayı üçün fyuçerslərinin qiyməti saat 09:26–da $0,89 (1,24%) artaraq bir barel üçün $72,63-a çatdı. İyunun 2-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barel üçün $1,64 (2,34%) artaraq $71,7-a çatıb.

Ötən həftənin yekunlarına görə, Brent markalı neft 1,10%, WTI isə 1,28% ucuzlaşıb.

Bütün xəbərlər