Bu Bankın əmlakları satışa çıxarılır

10:01 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Pakistan Milli Bankının Bakı filialı bankın bağlşanması ilə əlaqədar olaraq bankın əmlaklarını satışa çıxarır.

ABC.AZ xəbər verir ki, satışa çıxarılan əmlaklar arasında bankın Bakı və Sumqayıtda yerləşən mənzil, fərdi ev və obyektləri var.

Əmlaklar tender təklifləri ilə satılacaq. Yəni iddiaçılar öz təkliflərini verəcək, bank bunu araşdırıb, əmlakın hansı iddiaçya satılacağı barədə qərarı 1 ay müddətində açıqlayacaq.

Bütün xəbərlər