Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır - Baş Bankir

11:05 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O, qeyri-neft ÜDM-də artımın isə 5,7%-ə çatacağını bildirib: “Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır”.

 

Bütün xəbərlər