Bank lisenziyalarının alınması qaydası dəyişir

11:14 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Bank lisenziyalarının alınması qaydası dəyişir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq. Beləliklə, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərəzi Banka yazılı şəkildə müraciət edəcəklər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

Bütün xəbərlər