Azərbaycan neftin qiyməti bir barelə 78,61 dollar təşkil edir

10:47 - 29.06.2018


29 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,34 (0,43%) dollar enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,61 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust ayının fyuçersi, iyunun 28-də keçirilən ticarətin  nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 27-də – 72,76 dollar) 0,69 dollar yüksələrək  73,45  dollar/barelə təşkil edib.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, 28 iyun tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (27 iyun – 77,62 dollar) 0,23 dollar (0,3%)  bahalaşaraq bir barelə 77,85 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  azalır və 28 iyun tarixli ticarətin  nəticələrinə əsasən 4,4 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər