Azərbaycanda BOKT-dan pay almaq çətinləşəcək

12:02 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyənləşir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, BOKT-nin nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-nin səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir.

Bütün xəbərlər