Azərbaycanda qiymətləri tənzimlənən xidmətlərin siyahısı genişləndirilib

29.06.2018,11:57


29 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun tarixli 280 nömrəli qərarı ilə, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin və xidmətlərin) siyahısına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bu siyahıya, bələdiyyələrə dövlət əmlakının reyestrindən məlumatların təqdim edilməsi üzrə xidmətlər daxi edilib.

 

Açar sözlər: Nazirlər Kabineti qərar