Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən çox bu qida növləri bahalaşıb - SİYAHI

16:11 - 6.06.2023


6 iyun, Fineko/abc.az. Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il may ayının qiymət indeksini açıqlayıb.

ABC.AZ “Veysəloğlu Pərakəndə İndeksi”nə istinadən xəbər verir ki, 2023-cü ilin may ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin may ayına nisbətən 10.3% artım müşahidə edilib.

Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin may ayına nisbətən 11.7% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 10.2% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 6.8%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 13.6% artım izlənilib.

Bütün xəbərlər