Mədəniyyət Nazirliyində yeni kadr təyinatları

12:55 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev yeni təyinatlar təsdiq edib.

Nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini- Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilmişdir. Nazirliyin Aparat rəhbərinin müavini- Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunmuşdur.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilmişdir.

Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunmuşdur.

 

Bütün xəbərlər