SOCAR Qaradağ İcra Hakimiyyətini bu səbəbdən məhkəməyə verdi

14:53 - 7.06.2023


7 iyun, Fineko/abc.az. SOCAR-ın “Neft Kəmərləri” İdarəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.

ABC.AZ Pravda.az-a istinadən xəbər verir ki, bu barədə İdarə Bakı İnzibati Məhkəməsinə üz tutub.

Belə ki, şirkət torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia Günel Sevdimalıyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Azneft” daha əvvəl də eyni iddia ilə Bakı Şəhər İcra Hakimiyyətini  bir neçə dəfə məhkəməyə vermişdi.

Bütün xəbərlər