Cari ildə ölkədə ÜDM-in real artım tempi 1,8 faiz proqnozlaşdırılır - Nazir müavini

17:20 - 7.06.2023


7 iyun, Fineko/abc.az. Ötən ilin qeyri-müəyyənliklə müşayiət olunması proqnolaşdırmaya da təsirini göstərib. Dəyişik proqnozların verilməsi daxili və xarici səbəblərlə bağlıdır. Dünya ərzaq bazarında baş verən proseslər, logistika, neftin və enerjinin qiymətində dəyişikliklər, Ukraynadakı hərbi əməliyyatlar və digər səbəblər proqnozları dəyişdirməyə məcbur edib.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini diqqətə çatdırıb ki, cari ildə ölkədə ÜDM-in real artım tempinin 1,8 faiz olması və 111,6 milyard manata çatması proqnozlaşdırılır. Neft üzrə ÜDM-in 4,9 faiz artaraq 77,7 milyard manat həddinə çatması gözlənilir.

Ötən il inflyasiyanın 3,9 faiz təşkil etdiyini bildirən Elnur Əliyev deyib ki, bu, ərzaq bazarında qiymətlərlə bağlı olub.

Onun sözlərinə görə, ötən il tütün məhsulları, içkilər üzrə qiymətlər 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, ödənişli xidmətlər üzrə isə 10, 7 faiz yüksəlib.

 

Bütün xəbərlər