Seulda Azərbaycan-Koreya Biznes Forumu keçirilib

17:32 - 7.06.2023


7 iyun, Fineko/abc.az. Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində Azərbaycan-Koreya Biznes Forumu keçirilib.

ABC.AZ xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda İT, energetika, inşaat, maşınqayırma, kimya sənayesi, səhiyyə, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Koreya şirkətləri iştirak edib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək, bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaranacağına əminliyini vurğulayıb. Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə koreyalı sahibkarlara məlumat verilib, Koreya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

 

Bütün xəbərlər