Neft sabitdir, Brent bir barel üçün $76,97

09:35 - 8.06.2023


8 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı hərracda sabitdir.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:31–də $0,02 (0,03%) artaraq bir barel üçün $76,97-a çatıb. İyunun 7-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,66 (0,87%) artaraq bir barel üçün $76,95-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:31–də $0,03 (0,04%) artaraq bir barel üçün $72,56-a çatdı. İyunun 7-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin dəyəri $0,79 (1,10%) artaraq bir barel üçün $72,53-a çatıb.

Bütün xəbərlər