Naxçıvanbank ASC-nin sahibləri dəyişdi

10:13 - 8.06.2023


8 iyun, Fineko/abc.az. "Naxçıvanbank" ASC uzun müddət ərzində gizli saxladığı mülkiyyətçilərini açıqlayıb. 

ABC.AZ xəbər verir ki, bankın yaydığı məlumata görə,  2022-ci ilin sonunadək bankın sahibləri Vasif Talıbovun ailə üzvləri olub. 

Bununla yanaşı, bankdan bildirilib ki, artıq Talıbovlar ailəsi bankın səhmlərin satıb sahibliyini tərk ediblər. Belə ki, artıq 2023-cü ilin fevralın 1-də bankın səhmləri yeni mülkiyyətçilərə keçib. 

Onların yeni sahibləri Hüseyn Məmmədov Yaşar oğlu (səhmlərin 63,66%-i), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və  Binnət Novruzov Yasin oğludır (9,82%).  

Bankın yeni səhmdarlara hansı məbləğə satıldığı məlum olmasa da, o məlumdur ki, Talıbovlar ailəsi bankı satmazdan əvvəl 14 milyon 59 min manat dividendlərini götürə biliblər.

Bütün xəbərlər