Türkiyə şirkəti Azərbaycanın yük daşıma şirkətini aldı

10:37 - 8.06.2023


8 iyun, Fineko/abc.az. Türkiyənin "Aras Cargo" şirkəti Azərbaycanda "Starex" brendi ilə xidmət göstərən yük daşıma şirkəti «Star Express»in 75 faiz səhmini alıb və Azərbaycanda «Aras Global» brendi ilə yükdaşıma xidmətləri göstərməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. 

Xatırladaq ki, “Starex.az” şirkəti həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkət hal-hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər üç ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

"Aras Cargo" elan edib ki, bu addımla Orta Asiya bazarına daxil olan «Aras Kargo», Türkiyədən e-ticarət şirkətlərinin qlobal bazarlara çıxmasına başlayıb. Şirkət elan edib ki, gələcəkdə oxşar investisiyaları digər türk respublikalarında da edəcək.

Bütün xəbərlər