Mərkəzi Bank depozit hərracı keçirəcək

14:29 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının keçiriləcəyini bildirib.

AMB-in məlumatına görə, hərrac  2 iyul 2018-ci il tarixində  “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsilə  8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.

AMB 13 iyun 2016-cı il tarixindən depozit hərracları keçirir.

 

Bütün xəbərlər