Valyuta hərracında tələb 82,6% azalıb

12:37 - 8.06.2023


8 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 8-də valyuta hərracında bankların tələbi 1,5 mln dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 7,1 mln dollar və ya 82,6% azdır.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İyunun 6-da valyuta hərracında AMB banklara 8,6 mln dollar satıb.

Bütün xəbərlər