DİM icraçı və rəhbər vəzifələrə (AB, AC, BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

14:40 - 29.06.2018


28 iyun, Fineko/abc.az. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 29 iyul 2018-ci il tarixinədək davam edəcəkdir. Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 22 dövlət orqanı üzrə inzibati vəzifələrin 4–7-ci təsnifatlarına uyğun olan 106 vakant icraçı və rəhbər vəzifələrə (AB, AC, BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 29 iyul 2018-ci il tarixinədək davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 29 iyun 2018-ci il tarixindən 29 iyul 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin “Forma” vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə. 

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17), Binəqədi Rayon Məhkəməsi (15), Ali Attestasiya Komissiyası (10) tərəfindən təqdim olunmuşdur.

Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:       

  • Binəqədi Rayon Məhkəməsi (15 vakant vəzifə) BB4 altqrupu üzrə 15
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə) AC2 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 15
  • Təhsil Nazirliyi (2 vakant vəzifə) BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 1
  • Nərimanov Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6
  • Ali Attestasita Komissiyası (10 vakant vəzifə) AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 2, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 5
  • Salyan Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2
  • Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (6 vakant vəzifə) BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 5
  • Gəncə şəhəri Nizami Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6
  • Füzuli Hərbi Məhkəməsi (3 vakant vəzifə) BB2 altqrupu üzrə 3
  • Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vakant vəzifə) BB2 altqrupu üzrə 3
  • Lənkəran Ağır Cinayətlər Məhkəməsi (2 vakant vəzifə) BB2 altqrupu üzrə 2
  • Astara Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4
  • Qaradağ Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5
  • Zaqatala Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1
  • Yevlax Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4
  • Bərdə Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2
  • Cəbrayıl Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1
  • Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2
  • Kəlbəcər Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1
  • Sumqayıt Apellyasiya Məhkəməsi (2 vakant vəzifə) BA4 altqrupu üzrə 2
  • Şirvan Şəhər Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5
  • 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi (7 vakant vəzifə) BB2 altqrupu üzrə 7

Əlavə olaraq bildiririk, müsabiqəyə çıxarılmış 106 vakant inzibati vəzifədən 3-ü AB, 1-i AC, 10-u BA, 92-si isə BB vəzifə qrupuna aiddir.

 

Bütün xəbərlər