Avtomobilin salonunda gizlədilən qızıl-zinət əşyaları aşkarlandı

15:22 - 29.06.2018


28 iyun, Fineko/abc.az. Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Bu fakt idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı qeydə alınıb.

Yoxlama nəticəsində, avtomobilin salonunda "əlcək qutusu" adlandırılan və kiçik əşyalar üçün nəzərdə tutulan qutuda, gömrük nəzarətindən gizlədilmiş halda, ümumi çəkisi 90 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Aşkar edilən predmetlər - 10 ədəd üzük, 4 cüt sırğa, 6 ədəd kulon, 4 ədəd boyunbağı və 3 ədəd qolbağdan ibarət olub.

 

Bütün xəbərlər