Valyuta mübadiləsi əməliyyatları ilə bağlı yeni təklif - Detallar

15:59 - 9.06.2023


9 iyun, Fineko/abc.az. Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən edilməsi təklif olunur.

ABC.AZ xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bütün xəbərlər