İyul ayından etibarən Azərbaycanda turizm obyektlərində qida təhlükəsizliyinin yoxlanışı başlanır

17:03 - 29.06.2018


29 iyun, Fineko/abc.az. İyulun 1-dən aktiv fəaliyyətə başlayacaq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoxlamaların ilk istiqamətlərini müəyyən edib.

Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib ki, son vaxtlar ölkəyə turist axınında böyük artım müşahidə olunub ki, bu da turizm obyektlərində qida təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamaq məsələsini aktuallaşdırır.

“Turizm obyektlərində gələn aydan Dövlət Turizm Agentliyi ilə birgə monitorinq həyata keçiriləcək”, - Q.Təhməzli belə deyib.

 

Bütün xəbərlər