“Azərsu” Xızı rayonunda daha 2 min nəfərin su təchizatını yaxşılaşdırdı

17:14 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC Xızı rayonunun Yeni Yaşma qəsəbəsində su təchizatının yaxşılaşdırılması üzrə layihəni tamamladı.

“Azərsu” ASC-in məlumatında deyilir ki, layihə  2 mindən çox qəsəbə sakininin su təchizatının yaxşılaşdırılmasına yönəlib.

“Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. 360 abonent sayğacla təmin edilib”, - məlumatda belə deyilir.

Həmçinin məlumatda deyilir ki, 2018-ci ildə dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində yeni su təchizatı infrastrukturunun yaradılması nəzərdə tutulub.

Ümumilikdə, 2018-ci ildə “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.

 

Bütün xəbərlər