Nizami rayonundakı yanğında 51 avtomobil yandı

29.06.2018,22:04


29 iyun, Fineko/abc.az. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanmışdır. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunmuşdur. Yanğın zamanı xəsarət alan olmamışdır. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Xəzər rayonunda bağ sahəsində 2500 m2 sahədə quru və ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.