Ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının nəzərinə

13:18 - 30.06.2018


30 iyun, Fineko/abc.az. Ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bildirir ki, bankın kreditorlarının ləğvedici tərəfindən etiraz edilmiş tələblərin siyahısına dair dinləmələr Bakı Apellasiya Məhkəməsində 6 iyul 2018-ci il saat 14.30-da davam etdiriləcək.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.

Bakı Apellasiya Məhkəməsi

Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.

Telefon: (99412) 538-16-08, 538-19-02

Faks: (99412) 510-53-48

Bütün xəbərlər