Azərbaycanın elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2 milyon manat ayrılıb

10:47 - 2.07.2018


2 iyul, Fineko/abc.az  Azərbaycan  prezidenti İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması üçün əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan sistemin formalaşdırılması üçün 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə,  Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

 

Bütün xəbərlər